“N” nömrəli hərbi hissənin əsgərlərinin Şəki şəhərinə ekskursiyası təşkil olunub.
Tarix: 09-07-2018 23:29 | Müəllif:
admin | Baxılıb: 887
Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə “N” nömrəli hərbi hissənin əsgərlərinin Şəki şəhərinə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı əsgərlər Şəki “Xan sarayı”, “Tarix Diyarşunaslıq Muzeyi”, “Tətbiqi Sənət Muzeyi”, “Qala divarları”, “Yuxarı Karvansaray” və “Tacirlər küçəsi” ilə yaxından tanış olublar.Şəki şəhəri haqqında məlumatlarını zənginləşdiriblər. Əsgərlər Şəki mətbəxinin ləziz təamlarından olan “Şəki Pitisi” və “Şəki halvası” nın dadına baxıblar. Şəki şəhəri ilə tanışlıq əsgərlərdə xoş ovqat yaradıb.