“Əsgərlə bir gün” layihəsi çərçivəsində N nömrəli hərbi hissəyə ekskursiyasını təşkil edib
Tarix: 07-03-2019 11:50 | Müəllif:
admin | Baxılıb: 841
Şəmkir şəhəri Cahangir Rüstəmov adına tam orta məktəbin şagirdlərinin hərbi hissəyə “Vətən Uğrunda” səyyar təşviqat dəstəsi “Əsgərlə bir gün” layihəsi çərçivəsində N nömrəli hərbi hissəyə ekskursiyasını təşkil edib. Məktəblilərin od çərşənbəsi günü hərbi hissədə olması, bayram sovqatlarının təqdim edilməsi əsgər və zabitlər tərəfindən böyük sevinclə qarşılanıb.
Ekskursiya zamanı məktəblilər də “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin “Əsgər məktubu” layihəsində iştirak ediblər. Şagirdlər əsgərlər ilə birlikdə Vətən keşikçilərinin ailə üzvlərinə, doğmalarına məktublar yazıblar.
Hərbi hissəyə ekskursiyaya gedən şagirdlər öz təssüratlarını bölüşüblər. Gələcəkdə onlar da əsgər olaraq Vətənimiz Azərbaycanı düşməndən qoruyacaqlarını bildirblər.
Tədbirlə bağlı çəkilmiş şəkillərə aşağıdakı linkdən baxa bilərsiz:
https://www.facebook.com/pg/veten.ugrunda.az/photos/?tab=album&album_id=1736510493117610