Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri A.Ağadadaşova və rəhbərlik etdiyi nümayəndə heyəti "Vətən uğrunda!" kollektivi ilə birgə Bayraqtəpədə aprel döyüşlərində iştrak edən əsgərlərlə görüşüb.
Görüş zamanı əsgərlərə Qarabağda dalğalanması arzusu ilə Azərbaycan bayrağı, döyüş zamanı əsgərlərimizi qorusun deyə “Quran” kitabı , eləcə də digər qiymətli hədiyyələr bağışlayan Abuhəyat Ağadadaşova həmçinin bildirib ki, biz hər zaman əsgərlərimizin arxasındayıq.
Sonda əsgərlərimiz Azərbaycan xalqına və ailələrinə salam göndərərək, bildiriblər ki, tezliklə Azərbaycan bayrağı Qarabağda dalğalanacaq.
Görüşdən hazırlanmış video çarxı və foto şəkilləri sizlərə təqdim edirik.