ƏSGƏR VALİDEYNLƏRİ İLƏ "AÇIQ QAPI" GÜNÜ KEÇİRİLİB
Tarix: 31-10-2015 16:24 | Müəllif:
admin | Baxılıb: 1582
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.
Ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibati binalar, əsgər yataqxanaları və yeməkxanaları ilə yaxından tanış ola biliblər.
Bundan əlavə, valideynlər və könüllü ziyarətçilər hərbi hissələrin komandanlığı ilə görüşərək onları maraqlandıran suallara ətraflı cavab alıblar.






