info@veten-ugrunda.az
 
Cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzinin açılışı olub
Tarix: 19-09-2015 19:40   |  Müəllif: admin |  Baxılıb: 1889

Cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzinin açılışı olubMüdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə cəbhəboyu zonada yerləşən ərazidə inşa edilən yeni dağ hazırlığı təlim mərkəzinin açılışı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərkəzin infrastrukturu ilə tanış olan nazir ərazidə yaradılan hərbi topoqrafiya, mühəndis, atış, idman şəhərcikləri, minaatanlardan və atıcı silahlardan praktiki atəşlərin yerinə yetirilməsi, dağ taktiki təlimi, dağlıq şəraitdə sağqalma, qayalara dırmanma, su maneələrini qət etmə və digər sahələrə baxış keçirib.

Çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə döyüş hazırlığı planına əsasən mərkəzdə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb