“Vətən Uğrunda”səyyar təşviqat qrupunun üzvləri ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçular ilə görüşüb, tədbir həyata keçiriblər.
Tədbirin keçirilməsində əsas məqsəd əsgərlərə mənəvi dəstək olub, onlara ruh yüksəkliyi vermək və asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarət idi.
Tədbir zamanı əsgərlər ilə vətənpərvərlik mövzusunda söhbətlər edilib, canlı musiqilər səsləndirilib və yarışlar həyata keçirilib.
Tədbirdə fəal iştirak edən hərbi qulluqçulara şəhidlərin şəkilləri həkk olunmuş döş nişanları təqdim olunub.