“Vətən Uğrunda” səyyar təşviqat qrupu cəbhənin ön xətt mövqeyində asudə vaxtın səmərəli təşkil edilməsi və döyüş əzminin artırılması məqsədi ilə silsilə tədbirlərini davam etdirib.
Həmçinin vətənpərvər musiqilər səslənib, bir-birindən maraqlı oyunlar keçirilib.
Bu oyunlarda qalib gələn əsgərlər 2020-ci il İyul ayında şəhid düşmüş hərbi qulluqçularımızın şəkli olan döş nişanları təqdim olunub.
Tədbirlər xatirə şəkli çəkilərək, şən rəqslər və mahnılar ilə başa çatıb.