“Vətən Uğrunda” səyyar təşviqat qrupu cəbhənin ön xətdində xidməti vəzifəsini yerinə yetirən hərbi qulluqçular ilə birgə tədbir həyata keçirdiblər.
Həyata keçirilən tədbirdə əsas məqsəd əsgərlərdə ruh yüksəkliyi yaratmaq və asudə vaxtın səmərəli təşkil olunması idi.
Tədbirdə canlı olaraq vətənpərvər musiqilər səsləndirilib və maraqlı yarışlar həyata keçirdilib.
Yarışlarda qalib gələn hərbi qulluqçular “Vətən Uğrunda” səyyar təşviqat qrupunda iyul şəhidlərinin şəkilləri həkk olunmuş döş nişanları hədiyyə olundu.