“Vətən Uğrunda” səyyar təşviqat dəstəsi ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçular ilə görüşüb tədbir həyata keçirdiblər.
Həyata keçirilən tədbirlərin əsas məqsədi ön xətdə vətəni qoruyan əsgərlərin asudə vaxtlarının səmərəli təşkil olunması və əhval ruhiyyəsini daha da yüksəltmək idi.
Tədbir çərçivəsində “Vətən Uğrunda” səyyar təşviqat qrupunun əməkdaşları vətənpərvər musiqilər səsləndirib, bir-birindən maraqlı yarışlar həyata keçirdiblər.
Yarışların qalibi olan və tədbirdə xüsusi fəallığı ilə seçilən əsgərlər iyul şəhidlərinin şəkilləri həkk olunmuş döş nişanları hədiyyə olundu.
Sonda xatirə şəkili çəkildi xoş təsüratlar ilə tədbir başa çatdı.