“Vətən Uğrunda” səyyar təşviqat qrupu cəbhənin ön xətdində xidməti vəzifəsini yerinə yetirən hərbi qulluqçular ilə görüşüb, tədbir həyata keçirdiblər.
Tədbirlərin həyata keçirilməsində əsas məqsəd ön xətdə xidmət edən əsgərlərin asudə vaxtlarını səmərəli keçirmək, əhval ruhiyyəsini daha da yüksəltməkdir.
Tədbir çərçivəsində “Vətən Uğrunda” səyyar təşviqat qrupunun əməkdaşları əsgərlərin iştirakı ilə bir-birindən maraqlı oyunlar keçirib, bu oyunlarda qalib gələnlərə 2020-ci il İyul ayında şəhid olan hərbi qulluqçuların şəkilləri həkk olunmuş döş nişanları təqdim olunub.
Daha sonra canlı musiqilərə söz verilib, rəqslər əsgərlərin əhval ruhiyyəsinə rəng qatdı.
Sonda xatirə şəkilləri çəkilərək, xoş təssürat ilə tədbiri bağlı elan ediblər.