Vətən Uğrunda!” STQ Silahlı Qüvvələr Gününü munasıbəti ilə cəbhədə yerləşən hərbi hissələrdə şəxsi heyəti ilə birgə qeyd ediblər.
Tarix: 23-06-2020 01:14 | Müəllif:
admin | Baxılıb: 3978
Tədbir zamani “Vətən Uğrunda!” səyyar təşviqat qrupu hərbi qulluqçuları Silahlı Qüvvələr Gününü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar. Bayram tədbirində kəşfiyyat bölməsi öz peşəkar fəaliyyətdən maraqlı özünümüdafiə texnikasını nümayiş ediblər.Bayram tədbirində əsgərlər çıxış edərək Ali Baş komandan ilə başda döyüş yoldaşlarını Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edib, Respublikamızın ərazi bütövlüyü uğrunda göstərdikləri şərəfli xidmətdə onlara uğurlar arzulayıblar.Tədbirdə Azərbaycan Ordusunun yaranmasının tarixi barədə ətraflı məlumatlar verilib və vidio çarx izlənilib, Tərtər rayonun vətətnpərvər uşaqlardan hərbi qulluqçularımıza təbriklər video rolik şəkilində səsləndirilib.Sonra Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsini 1 dəqiqəlik sükütla yad edilib , Qarabağ müharibəsinə həsr olunan qısa metrajlı film numayış olunub.Təşkil olunan tədbir proqramlarında şəxsi heyət qarşısında vətənpərvər mahnılar oxunulub,müsabiqələr və viktorinalar keçirilib. Qaliblərə xatirə hədiyyələri təqdim edilib və yadigar şəkillər çəkdirilib.