ÖN XƏTTDƏ YERLƏŞƏN N SAYLI HƏRBİ HİSSƏDƏ MƏDƏNİ-KÜTLƏVİ TƏDBİR KEÇİRİLİB
Tarix: 09-10-2019 14:22 | Müəllif:
admin | Baxılıb: 1127
2019–cu ilin təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin “Vətən Uğrunda!” səyyar təşviqat qrupu üzvləri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gecə-gündüz döyüş növbəsində duran, Vətəni düşməndən qoruyan hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkil edilməsi, onların ruh yüksəkliyini, mənəvi-psixoloji durumunu daha da yüksəltmək məqsədilə ön xətt bölmələrində olublar.
«Vətən Uğrunda!” səyyar təşviqat qrupunun üzvləri döyüş növbəsi aparan hərbi qulluqçulara hərbi vətənpərvərlik musiqi nömrələri, səhnəciklər, müxtəlif müsabiqələr, və viktorinalar təqdim ediblər. Qaliblərə xatirə hədiyyələri təqdim edilib.
Çay süfrəsi arxasında döyüşçülərə “Əsgərə məktub” layihəsi haqqında ətraflı məlumat verilib, tələbələrin və məktəblilərin onlara yazdıqları məktubları çatdırıblar.Tədbir zamanı instaqram izləyicilərin əsgərlərə yazdığı məktublar oxunulub və əsgərlər vidio cəkiliş vasitəsi ilə məktubları çavablandırıblar.
Hərbi qulluqçular qonaqlara xidmətləri, eləcə də yaradılan məişət şəraiti ilə bağlı məlumat veriblər.
Görüş zamanı şəxsi heyətə hərbi hissələrdə keçirilən tədbirlər haqqında hazırlanmış video çarxlar təqdim olunub.
Məktublara cavablar yazmaqla yanaşı, görüş iştirakçıları video çəkiliş vasitəsi ilə də öz arzularını çatdırıblar.