18 Oktyabr Milli Müstəqillik Günümüz münasibətilə Türkiyə Respublikasının Müdafiə Nazirliyi "TRT" kanalının dəstəyi ilə musiqili xüsusi təbrik klipi hazırlayıb.
Azərbaycanın Xalq Artisti Azərin tərəfindən səsləndirilən "Can Azərbaycan" mahnısı ilə birlikdə qardaş ölkə Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə iştirakı ilə həyata keçirilən hərbi təlimlərdən kadrlar nümayiş etdirilib.