info@veten-ugrunda.az
 
“VƏTƏN UĞRUNDA” adlı AÇIQ MUSİQİ MÜSABİQƏSİNİN KEÇİRİLMƏSİ HAQQINDA ƏSASNAMƏ
Tarix: 24-11-2015 13:53   |  Müəllif: admin |  Baxılıb: 7346

“VƏTƏN UĞRUNDA” adlı  AÇIQ MUSİQİ MÜSABİQƏSİNİN KEÇİRİLMƏSİ HAQQINDA  ƏSASNAMƏ
“VƏTƏN UĞRUNDA” adlı açıq musiqi müsabiqəsi zabitlər, gizirlər, müddətli, müddətsiz hərbi qulluqçular və mülki vətəndaşlar arasında keçirilir. Yaş məhdudiyyəti yoxdur.

1. MÜSABİQƏNİN MƏQSƏDİ:

1.1. Milli mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi;
1.2. Hərbi qulluqçular və onların ailə üzvlərinin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;
1.3. Hərbi qulluqçuların yaradıcılıq bacarıqlarının inkişafı;
1.4. Ordu və Xalq arasında əlaqələrinin möhkəmləndirilməsi;
1.5. Hərbi qulluqçular və onların ailə üzvlərinin mədəni asudə vaxtının təşkili;

2. MÜSABİQƏNİN KEÇİRİLMƏ ŞƏRTLƏRİ:

2.1. Keçirilmə müddəti:
2.1.1. İştirakçıların qeydiyyatı 5 dekabr 2015-ci il tarixinədək keçiriləcək;
2.1.2. Seçim turu 6 dekabr - 14 dekabr 2015-ci il tarixlərində keçiriləcək;
2.1.3. Birinci tur 15 dekabr -18 dekabr 2015-ci il tarixlərində keçiriləcək;
2.1.4. İkinci tur 20 dekabr -22 dekabr 2015-ci il tarixlərində keçiriləcək;
2.1.5. Final 24 dekabr -26 dekabr 2015-ci il tarixlərində keçiriləcək.
2.1.6. Qala-konsert və qaliblərin mükafatlandırılması 30 dekabr 2015-ci il tarixdə keçiriləcək.
2.2. Müsabiqədə iştirak etmək üçün aşağıdakı nominasiyalar üzrə kollektivlər və solistlər dəvət edilir:
2.2.1. Vokal: estrada, muğam, rep, meyxana;
2.2.2. Xoreoqrafiya: xalq, müasir, bal, breyk-dans, step;
2.2.3. İnstrumental ifa: fortepiano, skripka, saksafon, klarnet, gitara, zərb, tar, kamança və s.
2.2.4. Bədii qiraət

3. İŞTİRAK ETMƏK ÜÇÜN SİFARİŞİN TƏQDİM EDİLMƏSİ QAYDALARI

3.1. Hərbi hissə komandirinin imzası ilə sifariş Gəncə Qarnizonu Zabitlər Evinin rəisi adına təqdim edilir;
3.2. Sifarişdə göstərilir: musiqi müsabiqəsində iştirak edəcək hərbi qulluqçunun nominasiyası, soyadı, adı, atasının adı və təvəllüdü;
3.3. Mülki vətandaşlar musiqi müsabiqəsində iştirak etmək üçün www.veten-ugrunda.az saytında anket doldurmalı və veten.ugrunda@yandex.ru elektron poçtuna göndərməlidirlər;
3.4. Sifariş təqdim olunduqdan sonra müsabiqə iştirakçısının dəyişdirilməsi qadağan edilir.

4. MÜNSİFLƏR HEYƏTİ VƏ SƏSVERMƏ

4.1. Müsabiqə iştirakçılarının çıxışlarının qiymətləndirilməsi:
4.1.1. Peşəkar münsiflər heyəti tərəfindən 10 (on) bal ilə;
4.1.2. Tamaşa zalında tamaşaçılar tərəfindən;
4.1.3. www.veten-ugrunda.az saytında internet istifadəçiləri tərəfindən;
4.2. Maksimal səs toplayan müsabiqə iştirakçısı gələn tura keçid alır;
4.3. Final turuna hər nominasiya üzrə üç müsabiqə iştirakçısı keçid alır;
4.4. Qaliblər Qala konsertdə mükafatlandırılacaqdır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb