info@veten-ugrunda.az
 
Cəmşid Naxçıvanski
Tarix: 09-09-2015 12:35   |  Müəllif: admin |  Baxılıb: 3154

Cəmşid Naxçıvanski Cəmşid Naxçıvanski avqustun 10-u 1895-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1915-ci ildə Yelizavet¬qrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir. Birinci dünya müharibəsin¬də müsəl¬manlardan təşkil olunmuş süvari eskadronun komandiri olub, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak edib, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunub. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılıb, 2-ci, 3-cü, 4-cü dərəcəli Anna, 2-ci, 3-cü dərəcəli Stanislav ordenlərinə layiq görülüb.

Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri Cəmşid Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıdıb 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizləmiş və Azərbaycanın müstəqilliyi uğrunda inamla vuruşmuşdu.

C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur. 26 avqust 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum olunub. Hökm dərhal icra edilmişdir.

1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət aldı. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb