ŞURANIN İSTİQAMƏTLƏRİ
Tarix: 13-10-2015 21:54 | Müəllif:
admin | Baxılıb: 8554
«VƏTƏN UĞRUNDA !»
HƏRBİ – VƏTƏNPƏRVƏRLİK ŞURASININ
FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
1. Müharibə veteranları və əlilləri ilə işlərin aparılması:
1.1 Müharibə veteranları və onların döyüş yolu haqqında məlumatlar toplamaq;
1.2 Onların ehtiyaclarının öyrənilməsi;
2. Məktəb şagirdləri və ATM-nin tələbələri ilə işlərin aparılması:
2.1 Hərbi-vətənpərvərlik mövzusunda tədbirlərin təşkil edilməsi;
2.2 Hərbi hissələrə ekskursiyaların təşkil edilməsi;
2.3 Müharibə veteranları ilə görüşlərin təşkil edilməsi;
3. Hərbi qulluqçularla işlərin aparılması:
3.1 Hərbi-vətənpərvərlik mövzusunda tədbirlərin təşkil edilməsi;
3.2 Müharibə veteranları ilə görüşlərin təşkil edilməsi;
3.3 Azərbaycanın şəhər və rayonlarına ekskursiyaların təşkil edilməsi;
4. Hərbi-vətənpərvərlik mövzusunda festivalların və müsabiqələrin təşkili;
5. Kütləvi informasiya vasitələri ilə işlərin aparılması:
5.1 Hərbi-vətənpərvərlik mövzusunda məqalələrin hazırlanması və kütləvi informasiya vasitələri ilə yayılması;
5.2 Əhali və internet istifadəçiləri arasında hərbi-vətənpərvərlik mövzusunda sosial sorğunun keçirilməsi;
5.3 İnternet şəbəkələrində Azərbaycanın milli ənənələrinin və tarixinin təbliğ olunmasının təşkil edilməsi;
6. Beynəlxalq əməkdaşlıq;
6.1 Xaricdə Azərbaycan diasporası ilə əlaqələrin yaradılması;
6.2 Xaricdə yaşayan azərbaycanlı gənclər ilə hərbi-vətənpərvərlik tərbiyəsi işlərinin aparılması;
6.3 Hərbi-vətənpərvərlik mövzusunda internet layihələrinin birlikdə hazırlanması;
7. Hərbi-tarixi axtarış dəstəsi ilə işlərin aparılması;
7.1 1-ci Qarabağ müharibəsi haqqında veteranların danışdığı hadisələri təsdiq edən sənəd vəsaitlərinin arxivlərdə axtarışı;
7.2 Abidələrə və hərbiçi məzarlıqlarına qulluq edilməsi;