info@veten-ugrunda.az
 
Mingəçevirlilər “Əsgərə məktub” layihəsinə qoşulub
Tarix: 13-10-2018 22:13   |  Müəllif: admin |  Baxılıb: 1112

Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi “Əsgərə məktub” layihəsi ilə bağlı Mingəçevir şəhərində tədbir keçirib. Kütləvi-vətənpərvərlik tədbirinə Mingəçevir şəhər Texniki Humanitar Liseynin müəllim və şagirdləri, Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin əsgərləri, “Asan” xidmətin könüllüləri qatılıb. Tədbir iştirakçılarına “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsinin üzvü tərəfindən “Əsgərə məktub” layihəsi haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi tərəfindən “Əsgərə məktub” layihəsi Azərbaycanın müxtəlif regionlarında həyata keçirilir. Layihənin məqsədi ictimayyətlə ordumuz arasında əlaqələri möhkəmləndirmək, Vətənimizin azadlığı və suverenliyi uğrunda gecə -gündüz keşik çəkən hərbi qulluqçulara dəstək olmaq, Vətənimizi düşməndən qoruyan əsgərlərdə ruh yuksəkliyi yaratmaqdır. Mingəçevir şəhər Texniki Humanitar Liseyn direktoru Nailə Məmmədova xalq və ordu arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən layihənin təşkilini yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır.

Layihəyə qoşulanlar “Əsgərə məktub” yazmaqla yanaşı video çəkiliş vasitəsi ilə də Azərbaycan əsgərinə, ordu sıralarında xidmət edən hərbi qulluqçulara öz arzularını çatdırıblar. Azərbaycanın mərd oğullarına “Qələbə müjdəsi” ilə xalqımızı sevindirməyi arzu ediblər.Tədbirdə iştirak edən N nömrəli hərbi hissənin bir qrup əsgər və zabit heyəti şagirdlərə, gələcəyin əsgərlərinə vətənpərvər olmağı, Vətənin hər qarışını sevməyi tövsiyyə ediblər. Əsgərlərin şagirdlər ilə birgə rəqsləri, gitarada vətənpərvərlik ruhunda mahnı ifaları tədbiri daha da yaddaqalan edib. Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsinin üzvləri milli və hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədi ilə təşkil etdikləri tədbirə görə Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin rəhbərliyi tərəfindən “Fəxri fərman”a layiq görülüblər.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb