20.10.2023 -cü il tarixində Biləsuvar rayonunda Müstəqilliyin Bərpası Gününə həsr edilmiş Biləsuvar Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi ilə birlikdə təşkil edilmiş "Əsgərə məktub " layihəsi keçirilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Layihə iştirakçıları Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə arzularını yazdıqları məktublarla çatdırıblar.