info@veten-ugrunda.az
 
GƏNCƏ QARNİZONUNDA "HEYDƏR ƏLİYEV VƏ DÖVLƏT MÜSTƏQİLLİYİMİZ" MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB
Tarix: 07-10-2016 15:43   |  Müəllif: admin |  Baxılıb: 2192

Azərbaycan dövlət müstəqilliyinin 25 illik yubileyi ərəfəsində Gəncə Qarnizonunda "Heydər Əliyev və dövlət müstəqilliyimiz" mövzusunda tədbir keçirilib.

Bir qrup hərbi qulluqçu Zaqafqaziyanın ən böyük parkı olan Gəncə şəhərindəki Heydər Əliyev park-kompleksinə gələrək 450 hektar ərazini əhatə edən mədəniyyət və istirahət kompleksi ilə tanış olub.

Məlumat verilib ki, 2012-ci ilin yanvarında möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş bu park 2014-cü ilin yanvar ayında istifadəyə verilmişdir.

Heydər Əliyev park-kompleksinə daxil olan Zəfər tağı, Heydər Əliyev Mərkəzi, on min tamaşaçı üçün nəzərdə tutulmuş Amfiteatr, göl, fəvvarə və gülkarlıqlar əsgər və zabitlərdə xoş təəssüratlar oyadıb.

Xalqımızın ümummili lideri Heydər Əliyevin əzəmətli abidəsi önünə gül dəstələri qoyulub.

Ulu öndərimizin 1981-ci ildə əkmiş olduğu çinar ağaclarının kölgəsində əbədiyaşar Ali Baş Komandanın ideyalarına bundan sonra da sadiq olacaqlarına and içən hərbi qulluqçulara unudulmaz rəhbərimizin Gəncə səfərləri barədə ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzinin nəzdindəki muzeyin ekspozisiyası ilə tanışlıq hərbi qulluqçuların böyük marağına səbəb olub.

Mərkəzin əməkdaşı Sevinc Əhmədova Ümummilli liderimizin uşaqlıq və gənclik illəri, dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi illər, dövlət müstəqilliyimizin qorunması, ordu quruculuğunda, eləcə də qədim Gəncənin inkişafındakı müstəsna xidmətlərini əks etdirən foto, sənəd və digər eksponatlarla əsgər və zabitləri tanış edib.

Nəzərə çatdırılıb ki, Heydər Əliyev Mərkəzi muzey, konfrans zalı, kitabxana, "İDEYA" İctimai Birliyinin resurs mərkəzi, 200-dən çox gəncin cəlb edildiyi dərnək və kurslar üçün sinif və məşq otaqlarından ibarətdir.

Muzeylə tanışlıqdan sonra "Heydər Əliyev və dövlət müstəqilliyimiz" mövzusunda "dəyirmi masa" öz işinə başlayıb.

Müdafiə Nazirliyinin zabiti, Prezidentin Fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani mövzu ilə bağlı ətraflı çıxış edərək bildirib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra respublikamız uzun müddət SSRİ-nin tərkibində olsa da, xalqımız həmişə müstəqillik arzuları ilə yaşamışdır.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk vaxtlarından başlayaraq həmişə ölkəmizin dövlət müstəqilliyini bərba edəcəyinə inanmış və bu istiqamətdə heç kimin xəyalına gəlməyən tədbirlər görmüşdür. Təkcə onu xatırlamaq kifayətdir ki, ötən əsrin 70-ci illərində milli liderimizin yaratdığı indiki C. Naxçıvanski adına Hərbi Lisey olmasaydı, dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin qarantı olan bugünkü güclü və qüdrətli Silahlı Qüvvələrimiz haqqında danışmaq belə mümkün olmazdı.

Qeyd olunub ki, 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməsinə baxmayaraq həmin tarixi günə qovuşmağımızın təməlində məhz ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti dayanır.

Heydər Əliyevə görə Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir və müstəqilliyimiz daimidir, sarsılmazdır, əbədidir.

"Dəyirmi masa"da iştirak edən Gəncə Dövlət Universitetinin dosenti, tarix və siyasi elmlər üzrə fəlsəfə doktoru Etibar Musayev, Müdafiə Nazirliyinin zabiti polkovnik Nazim Əhmədov, Gəncə Dövlət Aqrar Universitetinin müəllimi Sevda Abdullayeva, polkovnik-leytenant Loğman Xanlarov, mayor İftixar Mehdiyev, kapitan Vüsal Sadıqov, leytenant Arif İsmayılov və başqaları respublikamızın tərəqqisində, iqtisadi, siyasi, mədəni uğurlarında, beynəlxalq əlaqələrin genişlənməsində, Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında yer almasında, ümumiyyətlə, dövlət müstəqilliyimizin möhkəmlənməsində, daimi və əbədi olmasında xalqımızın dahi oğlu Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açıb, fikir və mülahizələrini bildiriblər.

Azərbaycanın Milli Qəhrəmanı şəhid Elbrus Allahverdiyevin qızı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sevinc Allahverdiyeva Azərbaycanın dövlət müstəqilliyinin qorunması və respublikamızın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi uğrunda şəhid olanların ailə üzvlərinin daim diqqət və qayğı ilə əhatə olunması ənənəsinin də Heydər Əliyevlə başlandığını "dəyirmi masa" iştirakçılarının diqqətinə çatdırıb.

"Dəyirmi masa"nın sonunda səmimi qarşılanmaya görə Heydər Əliyev Mərkəzinin direktoru Könül xanım Zeynalovaya və bütün əməkdaşlara Müdafiə Nazirliyi adından minnətdarlıq bildirilib.

Heydər Əliyev Mərkəzinə və qonaqlara kitab-albomlar hədiyyə edilib.

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX