info@veten-ugrunda.az
 
VƏTƏN MÜDAFİƏÇİLƏRİ SƏMƏD VURĞUN POEZİYASI EVİNİN QONAĞI OLUBLAR
Tarix: 24-09-2016 14:28   |  Müəllif: admin |  Baxılıb: 2405

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində yaradılmış Səməd Vurğun Poeziya evi bu diyarın keşiyini çəkən Vətən əsgərlərinin də tez-tez üz tutduğu mədəniyyət ocaqlarındandır. Ön səngərlərdə xidmət edən hərbi qulluqçulardan bir qrupu Səməd Vurğun Poeziya evininin qonağı olub və burada keçirilən tədbirlərdə iştirak ediblər.

Əvvəlcə şairin möhtəşəm abidəsi önünə qırmızı qərənfillər düzülüb, xalq şairinin xatirəsi əsgəri ehtiramla yad edilib.

Muzeyin əməkdaşı, ekskursiyaçı Ziba xanım Məmmədova Poeziya evinin ekspoziyası haqqında ətraflı məlumat verib. Hərbi qulluqçuları eksponatlar və foto-sənədlərlə tanış edib.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbanin şairin vətənpərvərlik mövzusunda, xüsusilə Böyük Vətən muharibəsi illərində yazdığı şeirlər, publisistik məqalələr barədə söhbəti maraqla qarşılanıb. Qeyd olunub ki, müharibənin ilk günlərindən Səməd Vurğun qələmini süngüyə çevirərək Vətənin müsəlləh əsgəri olmuş, öz alovlu şeirləri ilə xalqı və ordunu bir bayraq altında faşizmə qarşı mübarizəyə səsləmişdir.

“Çiçək vaxtı deyil indi, barıt vardır havalarda”, “Qoy hər sözün ciyəriylə nəfəs alsın bir qəhrəman” deyən şairin səsi-sorağı cəbhələrdən gəlib, milli diviziyalarımızın döyüşçülərini qələbəyə ruhlandırıb.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət xadimi Barat Vüsal Səməd Vurğun yaradıcılığının həmişə aktual olduğunu və bu gün də gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. Onun Vətən müdafiəçilərinə, xalqımızın zəngin mənəvi dəyərlərinə həsr eidiyi sevgi dolu şeirlər əsgərlərin ruh yüksəkliyinə səbəb olub.

Qazaxlı şairlərdən Qarabağ muharibəsinin veteranı, Prezident mükafatçısı Mustafa Rasim oğlu və Taleh Mansur Azərbaycan əsgərinin şərəfinə yazdıqları yeni şeirlərini oxuyub, aprel döyüşlərində qazanılan qələbənin davamı olaraq tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızdan da qələbə müjdəsi gətirərək xalqımızı sevindirəsəklərinə əminliklərini bildiriblər.

Polkovnik-leytenant Rasim Manafov, zabitlərdən polkovnik-leytenant Vüqar Allacov, kapitan Seymur Əliyev, gizir Qabil Qasımov və başqaları Səməd Vurğun Poeziya evini ziyarətdən öz doğma hərbi hissələrinə, ön səngərlərə qələbə əzmi ilə qayıdacaqlarını və öz təəssüratlarını silahdaşları ilə bölüşəcəklərini qeyd ediblər.

Hərbi qulluqçular, şairlər və Poeziya evinin əməkdaşları Vətənə, xalqa, dövlətə sədaqətlərini bir daha bəyan edərək “Azərbaycan” şeirini birlikdə söyləyiblər.

Müdafiə Nazirliyi adından Səməd Vurğun Poeziya evinə “Ruhumuzun qələbəsi naminə” və “Ordu xalqın, xalq ordunun dayağı” kitab-albomları hədiyyə edilib.

Hərbi qulluqçuların Səməd Vurğun Poeziya evinə ekskursiyası Ulu Öndərimizin aşağıdakı kəlamlarının səslənməsi ilə başa çatıb: “Əziz şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır”.

Tədbir iştirakçıları unudulmaz şairin abidəsi önündə xatirə şəkli çəkdiriblər.

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX