info@veten-ugrunda.az
 
"QADIN HƏRBİ QULLUQÇULAR VƏ MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ" MÖVZUSUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
Tarix: 23-09-2016 13:29   |  Müəllif: admin |  Baxılıb: 2539

Müdafiə nazirinin tapşırığına əsasən Şəmkir şəhərindəki “N” saylı hərbi hissədə “Qadın hərbi qulluqçular və milli-mənəvi dəyərlərimiz” mövzusunda seminar-müşavirə keçirilib.

General mayor Xəqani Cəbrarayılov giriş nitqi söyləyərək bildirib ki, bu yaxınlarda dövlət müstəqilliyinin 25 illik yubleyini təntənə ilə qeyd edəcək respublikamız tərəqqi və inkişaf yollarında inamla irəliləyir. İqtisadi, siyasi, mədəni həyatımızın bütün sahələrində, eləcə də ordu quruculuğu sahəsində uğurlu addımlar atılır. Ölkəmizdə qadınlar da kişilərlə bir sırada Vətənimizin daha da çiçəklənməsi, müdafiə qüdrətinin möhkəmlənməsi naminə səylərini əsirgəmirlər.

Bu gün Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərində, birlik, birləşmə hərbi hissələrində, xüsusi təyinatlı təhsil müəssələrində yüzlərlə qadın hərbi qulluqçu Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edir, vəzifə borclarını şərəflə yerinə yetirirlər. Onların xidməti üçün ən müasir şərait yaradılıb və qadın hərbi qulluqçuların da xidmətləri həmişə yüksək qiymətləndirilir.

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda neçə-neçə qadın hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, döyüş orden və medallarına layiq görülüb. Qadınlar bu gün də hərbi peşələrə böyük maraq göstərir, Silahlı Qüvvələrdə xidmət etmək istəyirlər.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani mövzu ətrafında geniş məruzə ilə çıxış edrək tarixin bütün mərhələlərində Azərbaycan qadınlarının fədakarlıq və qəhrəmanlıqlarını xatırladıb. Onların ərləri, ata və qardaşları ilə bir səngərdə yadelli qəsbkarlara qarşı mübarizələrdə göstərdikləri şəxsi rəşadət və sücaət nümunələri örnək olaraq təqdim edilib.

Azərbaycan qadınlarının Böyük Vətən muharibəsi illərində, eləcə də Qarabağ muharibəsinin başlandığı ilk günlərdən könüllü olaraq Vətənin müdafiəsinə qalxdıqları qeyd olunub .

Nəzərə çatdırılıb ki, milli-mənəvi dəyərlərə malik olmadan əsil vətənpərvər döyüşçü olmaq qeyri mümkündür. Odur ki, hər bir qadın hərbi qulluqçu da milli-mənəvi dəyərlərimizi dərindən öyrənməli, bu dəyərlər əsasında formalaşmalı, milli ruhda tərbiyə olunmalı və milli adət-ənənələrimizə saadiq olmalıdır. Məhz keçirilən seminar-müşavirə də bu məqsədi daşıyır və qadın hərbi qulluqçuların fəaliyyətində hər-halda yeni bir mərhələnin başlangıcı olacaqdır.

Şəxsi heyətlə iş üzrə komandir müavini polkovnik-leytenant Rasim Manafov qadın hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı, onların əxlaqi və hüquqi tərbiyəsi səhəsində görülən məqsədyönlü tədbirlərdən danışaraq bu işin prioritet olduğunu qeyd edib. Qadın hərbi qulluqçuların bundan sonrakı fəaliyyətlərində daha nələrə geniş yer ayıracaqlarının, hərbi nizam-intizamın möhkəmləndirilməsində daha fəal iştirak edəcəklərinin, peşəkarlıqlarını artıracaqlarının yeni istiqamətlərini göstərib.

Böyük Vətən muharibəsində hər iki gözünü itirmiş yaralı əsgərə arxa-dayaq olaraq onu uzaq Çexoslovakiyadan Azərbaycana gətirmiş çex qızı Erikanın fədakarlıq, insansevərlik və xeyirxahlıq nümunəsini tərənnüm edən “Səhra gülü” sənədli filminə baxışdan sonra seminar-müşavirə iştirakçılarından gizir Səadət Səfərova, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından çavuş Elnurə Mustafayeva, kiçik çavuş Ülviyyə Pənahova, əsgərlərdən Sevda Məmmədova, Elmira Məsimova, Aynurə Kazımova və başqaları çıxış edərək fikir, təklif və arzularını bildiriblər.

Qadın hərbi qulluqçular seminar-müşavirədən xoş təəssüratlarla ayrılaraq xidmət etdikləri hərbi hissələrə yollanıblar.

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX