info@veten-ugrunda.az
 
APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇILARI UZUNÖMÜRLÜLƏR DİYARI LERİKDƏ OLUBLAR
Tarix: 01-09-2016 23:06   |  Müəllif: admin |  Baxılıb: 3492

Müdafiə Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə uzunömürlülər diyarı Lerikdə aprel döyüşlərinin iştirakçıları olan bir qrup hərbi qulluqçu ilə rayon ictimaiyyətinin görüşü olub.

Gəncə Qarnizonu Zabitlər Evinin "Vətən uğrunda" səyyar təşviqat maşını vasitəsilə səsləndirilən hərbi-vətənpərvərlik mahnı və marşlarının sədaları altında Heydər Əliyev Meydanına daxil olan qalib döyüşçüləri rayon rəhbərliyi hərarətlə qarşılayıb, milli geyimli qızlar və oğlanlar onlara qəhrəmanlıq rəmzi olan dəfnə yarpaqlarından hörülmüş çələnglər, gül-çiçəklər təqdim ediblər.

Od-alovdan çıxmış barıt qoxulu igidlər xalqımızın ümummilli lideri Heydər Əliyevə bir daha hörmət və ehtiramlarını bildirərək Ulu Öndərin abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyublar.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani hərbi qulluqçuları tədbir iştirakçılarına təqdim edib, onların aprel döyüşlərində göstərdikləri şəxsi rəşadət və şücaətlərdən söhbət açıb.

Böyük qələbəlik Vətən əsgərlərini hərarətlə alqışlayıb.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qonaqları salamlayaraq, hər bir leriklinin bu görüşdən qürur duyduğunu bildirib. O deyib ki, aprel döyüşlərində Azərbaycan əsgərinin qələbəsi bütün xalqımız kimi, leriklilərin də böyük sevincinə səbəb olub. Cəbhədən gələn hər qələbə sorağı onları da ruhlandırıb. Həmin günlər bütün rayon əhalisi ayaq üstə idi və Ali Baş Komandanın əmrini gözləyirdi.

İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprel döyüşləri barədə dediyi fikirləri xatırladaraq vurğulayıb ki, həqiqətən həmin döyüşlər dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.

Qeyd olunub ki, Qarabağ məsafə etibarı ilə Lerikdən çox uzaqdadır. Lakin, Qarabağda atılan hər güllənin səsi hər bir leriklinin də evində, qəlbində eşidilir. Çünki Heydər Əliyev ideyalarına, Vətəninə, xalqına, dövlətinə, öz Prezidentinə həmişə sadiq olan uzunömürlülər diyarının sakinləri də müstəqil dövlətimizin qayğıları ilə yaşayır və Qarabağ probleminin tezliklə həllini səbirsizliklə gözləyirlər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda təkcə Lerik rayonu 140-a yaxın şəhid verib. Onlardan Valeh Müslümov, Fərhad Ağayev, Fəxrəddin Şahbazov, Əsgər Əliyev və Rövşən Abdullayev Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüblər.

Diqqətə çatdırılıb ki, aprel döyüşlərinin igidləri sıralarında bu diyardan pərvazlanan oğullar da yetərincədir. Hazırda Silahlı Qüvvələrdə yüzlərlə lerikli gənc Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirir.

Polkovnik Abdulla Qurbani Azərbaycan Prezidentinin şəhid ailələrinə, müharibə əlil və iştirakçılarına daim diqqət, qayğı göstərdiyini və bu işin bu gün də prioritet olduğunu bildirib.

Aprel döyüşləri iştirakçılarından polkovnik-leytenantlar Elşən Qarayev, Eldəniz Sadıqov, Vüqar Mirzəliyev, kapitan Hikmət Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından Rövşən Rəhimov, Vüqar Abbasov, Emin Qasımlı və başqaları cəbhə xatirələrini danışıb, onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.

Sonra qazilərin övladları şeirlər söyləyib, ailə üzvləri bu xeyirxah vətənpərvərlik təşəbbüsünə görə tədbirin təşkilatçılarına minnətdarlıq ediblər.

Tədbir iştirakçıları adından çıxış edən Bəhruz İbrahimov bu kimi tədbirlərin xüsusilə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyət kəsb etdiyini, gənclərin orduya hazırlanmasında, hərbi peşələrə həvəsləndirilməsində və döyüşən oğullarımızın qəhrəmanlıq nümunələri əsasında yetişməsində mühüm önəm daşıdığını qeyd edib.

Mərasimdə Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsinin bədii özfəaliyyət kollektivi rəngarəng konsert proqramı ilə çıxış edib, aprel döyüşü qəhrəmanlarına hədiyyələr verilib, səyyar laboratoriyada təcili çap olunan fotolar tədbir iştirakçılarında maraq oyadıb.

Tədbirin sonunda Lerikin istirahət mərkəzlərindən birində aprel döyüşlərinin iştirakçıları və onların ailə üzvlərinə ziyafət verilib.

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX