info@veten-ugrunda.az
 
MÜDAFİƏ NAZİRİ CƏBHƏ BÖLGƏSİNDƏ YERLƏŞƏN HƏRBİ HİSSƏLƏRDƏ OLUB
Tarix: 27-07-2016 14:38   |  Müəllif: admin |  Baxılıb: 1256

Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular Müdafiə nazirinə müraciət ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

Ön xətdə, düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi- psixoloji hazırlığı ilə tanış olub, komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib.

Əsgərlərlə nahar edən Müdafiə naziri ön xətdə şəxsi heyətin sosial-məişət şəraitinin daima yaxşılaşdırılması ilə bağlı görülən işlərlə də maraqlanıb və müvafiq tapşırıqlar verib.

Aprel döyüşlərinin iştirakçıları, hazırda həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular Müdafiə nazirinə müraciət edərək xidməti başa vurduqdan sonra da torpaqlarımız işğaldan tam azad olunanadək hərbi xidmət etmək arzusunda olduqlarını bildiriblər.

Şəxsi heyət Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiyini və Ali Baş Komandanın əmri ilə respublikamızın ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduğunu bildirib.

MÜDAFİƏ NAZİRİ CƏBHƏ BÖLGƏSİNDƏ YERLƏŞƏN HƏRBİ HİSSƏLƏRDƏ OLUB
MÜDAFİƏ NAZİRİ CƏBHƏ BÖLGƏSİNDƏ YERLƏŞƏN HƏRBİ HİSSƏLƏRDƏ OLUB
MÜDAFİƏ NAZİRİ CƏBHƏ BÖLGƏSİNDƏ YERLƏŞƏN HƏRBİ HİSSƏLƏRDƏ OLUB
MÜDAFİƏ NAZİRİ CƏBHƏ BÖLGƏSİNDƏ YERLƏŞƏN HƏRBİ HİSSƏLƏRDƏ OLUB
MÜDAFİƏ NAZİRİ CƏBHƏ BÖLGƏSİNDƏ YERLƏŞƏN HƏRBİ HİSSƏLƏRDƏ OLUB
MÜDAFİƏ NAZİRİ CƏBHƏ BÖLGƏSİNDƏ YERLƏŞƏN HƏRBİ HİSSƏLƏRDƏ OLUB
MÜDAFİƏ NAZİRİ CƏBHƏ BÖLGƏSİNDƏ YERLƏŞƏN HƏRBİ HİSSƏLƏRDƏ OLUB
MÜDAFİƏ NAZİRİ CƏBHƏ BÖLGƏSİNDƏ YERLƏŞƏN HƏRBİ HİSSƏLƏRDƏ OLUB










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX