info@veten-ugrunda.az
 
MÜDAFİƏ NAZİRİ ZAKİR HƏSƏNOV SƏRT XƏBƏRDARLIQ ETDİ
Tarix: 27-04-2016 01:41   |  Müəllif: admin |  Baxılıb: 1051

MÜDAFİƏ NAZİRİ ZAKİR HƏSƏNOV SƏRT XƏBƏRDARLIQ ETDİDüşmən dinc sakinləri atəşə tutmaqda davam etsə, onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq!!!

Müdafiə Nazirliyi Azərbaycan silahlı bölmələrinin işğal atındakı yaşayış məntəqələrini atəşə tutması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin guya ermənilərin dinc sakinlərini atəşə tutması barədə düşmən mətbuatında yayılan informasiyalar kökündən yalandır.

Azərbaycan Ordusu yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir: “Bizim dinc əhali ilə işimiz yoxdur. Biz düşmənin yalnız atəş nöqtələrinə yüksək dəqiqliyə malik silahlarla zərbələr endiririk. Onlar isə bizdən fərqli olaraq, yaşayış evlərini iriçaplı silahlardan atəşə tuturlar. Ermənilərin endirdiyi zərbələr nəticəsində Tərtərdə xeyli sayda yaşayış evinə ziyan dəyib. Ermənilər Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam etsələr, biz də onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq”.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX