info@veten-ugrunda.az
 
"Qarabağa yaz gələcək"
Tarix: 29-03-2016 12:08   |  Müəllif: admin |  Baxılıb: 2469

"Qarabağa yaz gələcək""Qarabağa yaz gələcək" devizi altında ordu ilə xalqın birlik bayramı keçirilib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrdə Novruz bayramının keçirilməsi ilə bağlı tədbirlər planına əsasən ilk teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik mərasimi Xocavənd rayon icra hakimiyyəti ilə birgə təşkil edilib.

Xocavənd rayonu nəinki Azərbaycanın, habelə dünyanın ən qədim yaşayış məskənlərindəndir. Azıx və Tağlar mağaraları, neçə-neçə arxeoloji və memarlıq abidələri, alban kilsələri, köhnə qəbiristanlıqlar, pirlər, ocaqlar zaman-zaman dünya səyyah və arxeoloqlarının diqqət mərkəzində olub. Keçmiş Sovetlər İttifaqı ərazisində ən qədim abidə Xocavənd rayonu ərazisində idi. Rayon 1923-cü ilədək Aşağı Qaranlıq adlandırılmışdır. Bu ad rayon ərazisindəki Qaranlıq dağından götürülüb. Lakin XIX əsrin sonlarında bura köçürülmüş ermənilərin hesabına rayonda onların sayı çoxaldılmış, azərbaycanlılar sıxışdırılaraq öz doğma yurd yerlərindən zorla çıxarılmışlar. Ermənilər burada məskunlaşdıqdan sonra rayon Nijni Qaranlıq, Cüməbazarı, Xonaşen, Martuni adlandırılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ildə rayonun adı Xocavənd, yəni "Xocalı nəsli" kimi rəsmiləşdirilmişdir.

1992-ci ilin oktyabrında Xocavənd rayonu Ermənistan silahlı bölmələri tərəfindən işğal olunsa da, xocavəndlilər son gülləyə, son ana qədər vuruşublar. 146 nəfər şəhid verib Xocavənd. 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub. 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda erməni vəhşiliyinin qurbanı olub, bir ailədən 3 uşaq hər iki valideynini itirib. Azərbaycanlılar yaşayan 10 kənd tamamilə dağıdılaraq viran edilib. Lakin bütün bunlara baxmayaraq, xocavəndlilər ruhdan düşməyib, ümidləri qırılmayıb, Xocavəndə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

İndi Silahlı Qüvvələrimizin bütün qoşun növlərində, xüsusilə cəbhə bölgələrində neçə-neçə xocavəndli Vətən qarşısında əsgəri borcunu şərəf və ləyaqətlə yerinə yetirir, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi ixtisaslara yiyələnirlər.

Xocavədlilər bu gün də ordumuzla birlikdə Qarabağ uğrunda döyüşlərə atılmaq üçün Ali Baş Komandanın hər bir əmrinə hazırdırlar.

Bütün bunlar barədə yeni salınmış Xocavənd qəsəbəsində "Qarabağa yaz gələcək" devizi altında keçirilən ordu ilə xalqın birlik bayramında geniş söhbət açılıb.
Bayraq meydanına doğru irəliləyən yürüş iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüb, ulu öndərin xatirəsini hörmət və ehtiramla yad ediblər.

Bayraq meydanına toplaşan böyük izdiham Müdafiə Nazirliyi rəsmilərini, millət vəkillərini, ayrı-ayrı rayonlardan gələn Xocavənd uğrunda döyüşlərin iştirakçılarını, müharibə veteran və əlillərini alqışlarla qarşılayıblar.

Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən tədbir Xocavənd rayonu tarixində əlamətdar hadisə, ordu ilə xalqın monolit birliyinin nümayişi olmaqla yanaşı, həm də tamaşaçılarda tezliklə Qarabağa yaz gələcəyinə böyük inam aşılayıb.

Xocavənd rayon icra hakmiyyətinin başçısı Eyvaz Hüseynov qonaqları və tədbir iştirakçılarını salamlayıb. Novruz bayramı ərəfəsində belə bir kütləvi vətənpərlik tədbirinin çox böyük əhəmiyyət kəsb etdiyini, bu tədbirin xocavəndlilərə, cəbhə bölgəsində xidmət edən Azərbaycan əsgərinə gözəl Novruz töhfəsi olduğunu vurğulayıb və tədbirin təşkilatçısı olan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirin sonunda bütün iştirakçılar Heydər Əliyev ideyalarına, Vətənə, xalqa, dövlətə sadiq və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrlərinə hər an hazır olduqlarını Azərbaycan Respublikasının Dövlət Himnini birlikdə ifa etməklə bir daha bəyan ediblər.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX