info@veten-ugrunda.az
 
AD GÜNÜNÜZ MÜBARƏK CƏNAB ALİ BAŞ KOMANDAN!
Tarix: 24-12-2015 12:39   |  Müəllif: admin |  Baxılıb: 3776

AD GÜNÜNÜZ MÜBARƏK CƏNAB ALİ BAŞ KOMANDAN!Bugün Azərbaycan Respublikasının Prezidenti, möhtərəm Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.

Dövlət başçısının 54 yaşı tamam olur.

Gözünü dünyaya açdığı andan ziyalı, eyni zamanda, qayğıkeş valideynlərin əhatəsində böyüyən İlham Əliyev necə bir ailənin övladı olmağının məsuliyyətini elə kiçik yaşlarından dərk etməyə başlayıb. Məktəbə qədəm qoyduğu ilk gündən düşüncə tərzi, yoldaşları ilə fərqli münasibəti müəllimlərinin də nəzərindən yayınmayıb.

Fəaliyyətini müxtəlif istiqamətlərdə davam etdirən İlham Əliyev Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Elə bu səbəbdəndir ki, ulu öndər ona yalnız oğlu kimi deyil, həm də xalqını etibar edəcək lider kimi güvənirdi. Çiynində Heydər Əliyev kimi bir atanın adını daşımaq nə qədər fəxrli olsa da, bir o qədər də böyük məsuliyyətdir. Amma o, bu məsuliyyətin öhdəsindən şərəflə gəldi. 2003-cü il oktyabrın 15-də seçicilərin 76 faizindən çoxunun səsini qazanaraq, Azərbaycan respublikasının prezidenti seçilməsi artıq şərh verilməsinə ehtiyac yaratmır.

İçdiyi anda sadiq qalaraq, o, Prezidentliyinin ilk dövründən xalqına, inkişafına israrlı olan Azərbaycana xidmət yolunu seçdi və bu yolda tükənməyən enerji ilə addımlamağa başladı.

Azərbaycanın dünya siyasi arenasında söz sahibinə çevrilməsi, bayrağının ən qüdrətli ölkələrin bayraqları ilə bir sırada dalğalanması, ən yüksək tribunalardan haqq səsinin ucaldılması, xarici siyasətdə müsbət rəy, daxili siyasətdə sabitlik və iqtisadi yüksəliş xalqa ilham verərək, İlhama inamı artırdı. Bu da 2008-ci il oktyabrın 15-də İlham Əliyevin yenidən Prezident seçilməsiylə nəticələndi. O, söz verdiyi kimi hər bir azərbaycanlının prezidentinə çevrildi. 2013-cü il oktyabrında keçirilən prezident seçkisində də xalq yenidən İlham Əliyevə etimad göstərdi.

İlham Əliyevin prezidentlik fəaliyyəti strategiyasının prioritetini təbii kimi Dağlıq Qarabağ münaqişəsinin həlli təşkil edir. Çoxsaylı görüşlər, diplomatik gedişlərin fonunda ali baş komandan Azərbaycan ordusunun güclənməsi, ən müasir silahlarla təchiz olunmasına ciddi-cəhdlə çalışır. Və təsadüfi deyil ki, bu gün ordumuz Cənubi Qafqazın ən güclü ordusudur. O, Azərbaycan əsgərinə inanır, Azərbaycan əsgəri də ali baş komandanın əmrinə müntəzir olaraq, torpağı uğrunda canından keçməyə hazırdır. Onun təkcə hərbi deyil, digər sahələrdə də qətiyyəti Azərbaycanın uğurları ilə nəticələnir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, ilk Azərspeys-1 telekommunikasiya peykinin orbitə buraxılması, Şahdəniz-2 üzrə yekun investisiya qərarının imzalanması, 1-ci Avropa oyunları məşəlinin "Odlar diyarı"nda alovlanması, Azərbaycanın beynəlxalq humanitar forumların keçirildiyi mərkəzə çevrilməsi deyilənlərin bariz nümunəsidir. Gərgin zəhməti Azərbaycan xalqı da yüksək qiymətləndirir. Bu, sadə vətəndaşların prezidentlə keçirilən görüşündə də aydın sezilir.

Sadəlik, səmimilik, dünyaya fərqli baxış, müasirlik, bir neçə dildə mükəmməl danışmaq bacarığı, onun liderlik xüsusiyyətlərini şərtləndirən amillərdəndir. Vaxtı düzgün bölmək şəxsiyyətin böyüklüyünə dəlalət edir. Cənab prezident bunu da bacarır.

Qətiyyətli prezident, şöhrəti dünyaya yayılan siyasətçi, böyük bir millətin inam və güvənc yeri, cavan ata, ən nəhayət, cavan baba. O, bu gün 54 yaşını qeyd edən Azərbaycan reapublikasının prezidenti İlham Əliyevdir.

Ad gününüz mübarək, cənab Prezident! Yeni yaş Sizə bu çətin, məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar gətirsin!










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX