info@veten-ugrunda.az
 
“Azərbaycanın Dövlət Bayrağı günü”-nə həsr olunan bayram konserti qeyd olunub
Tarix: 08-11-2015 14:32   |  Müəllif: admin |  Baxılıb: 2645

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb.

Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

6 noyabr 2015 ci il Şəmkirdə yerləşən olimpiya kompleksində Şəmkir Hərbi Birliyinin, Şəmkir RİH və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkil etdiyi “Azərbaycanın Dövlət Bayrağı günü”-nə həsr olunan bayram konserti qeyd olunub.

Tədbir bayraq gününə həsr olunmuş video çarxın təqdimatı ilə başlanıb.Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon rəsmiləri və ictimaiyyəti iştirak edib. Tədbirdə çıxış edənlər ölkəmizdə dövlət rəmzlərinə, o cümlədən bayrağa böyük hörmət və sevgi bəslənildiyini xüsusi vurğulayıblar.

Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun təbriklərini tədbir qonaqlarının nəzərinə çatdırıb. Polkovnik Elşad Əbilov da çıxış edərək general-leytenant Rövşən Əkbərovun bayram təbriklərini səsləndirib.

Milli Qəhrəman Rövşən Əkbərov hərbi xidmətdə fərqlənən əsgərlər və müharibə veteranlarını bayram münasibəti ilə təbrik edərək xüsusi hədiyyə ilə mükafatlandırıb.

Konsertdə Azərbaycanın Xalq artisti Azərin, Zümrüd Tağıyeva, “Vətən uğrunda!” hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin finalçıları Sabir Əliyev, Rəşad İsmayıl və hərbi orkestrlə Elnur Abbasov çıxış ediblər. Hərbi teatr kollektivinin hazırladığı “ Ayağa dur Azərbaycan ” adlı kompozisiya da izləyicilərin böyük marağına səbəb olub. Bundan başqa N saylı hərbi hissənin kəşfiyyat qrupu da öz növbəsində maraqlı çıxış nümayiş etdiriblər.

«Vətən uğrunda!» hərbi-vətənpərvərlik Şurasının Internet orqanı və sosial şəbəkədə fəaliyyət göstərən “Vətən uğrunda!”səhifəsinin, eləcə də ümumi layihə haqqında hazırlanan video çarxda 2 ay ərzində görülən işlər haqqında ətraflı informasiya yayımlanıb.

Dövlət Bayrağı Gününə həsr olunan bayram tədbiri atəşfəşanlıqla sona çatıb.

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX