info@veten-ugrunda.az
 
Türkİyə Sİlahlı Qüvvələrİnİn Baş Qərargah rəİsİ Şəmkİr hərbİ bİrlİyİndə olub
Tarix: 11-10-2015 00:52   |  Müəllif: admin |  Baxılıb: 1872

Türkİyə Sİlahlı Qüvvələrİnİn Baş Qərargah rəİsİ Şəmkİr hərbİ bİrlİyİndə olubAzərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar hərbi birlikdə olublar.

Fəxri qonağın təntənəli qarşılanma mərasimi zamanı orkestr Türkiyənin istiqlal marşını və Azərbaycan Respublikasının dövlət himnini ifa edib.
Sonra Şəmkir birliyindəki hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Türkiyəli general qərargahda Heydər Əliyev guşəsi ilə tanış olub, şərəf kitabını imzalayıb. Qonağa birliyin yaradılması tarixi, fəaliyyəti, tərkibi, hərbi hissənin döyüş hazırlığı, təminatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, sosial-məişət şəraiti və son dövrlərdə görülən işlər barədə məlumat verilib.
Hərbi hissənin ərazisini gəzən qonaq əsgər yataqxanalarında, tibb mərkəzində, yeməkxanada, hamam-camaşırxana kompleksində də olub və şəxsi heyət üçün burada yaradılan şəraitdən məmnun qalıb.

Sonda nümayəndə heyəti səfər proqramının mədəni-kütləvi hissəsinə uyğun olaraq Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzini, dahi Nizaminin məqbərəsini, Nuri Paşanın bayrağı tapılan evi və Türkiyənin Baş Konsulluğunu ziyarət edib.

Nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Türkİyə Sİlahlı Qüvvələrİnİn Baş Qərargah rəİsİ Şəmkİr hərbİ bİrlİyİndə olub

Türkİyə Sİlahlı Qüvvələrİnİn Baş Qərargah rəİsİ Şəmkİr hərbİ bİrlİyİndə olub

Türkİyə Sİlahlı Qüvvələrİnİn Baş Qərargah rəİsİ Şəmkİr hərbİ bİrlİyİndə olub

Türkİyə Sİlahlı Qüvvələrİnİn Baş Qərargah rəİsİ Şəmkİr hərbİ bİrlİyİndə olub

Türkİyə Sİlahlı Qüvvələrİnİn Baş Qərargah rəİsİ Şəmkİr hərbİ bİrlİyİndə olub










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX