info@veten-ugrunda.az
 
Ehtiyatda olan hərbi vəzifəlilər Hərbi Oyunlara çağırılıb
Tarix: 12-09-2015 22:48   |  Müəllif: admin |  Baxılıb: 1216

Ehtiyatda olan hərbi vəzifəlilər Hərbi Oyunlara çağırılıbAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan hərbi vəzifəlilər də qatılıb.

Sentyabrın 6-dan başlayan hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6.000 nəfərdən artıq hərbi vəzifəli toplanışa cəlb olunub.

Döyüş hazırlığı çərçivəsində bu kateqoriyadan olan şəxsi heyətlə müxtəlif poliqonlarda real müharibəyə yaxın şəraitdə silah və hərbi texnikadan istifadə qaydalarına dair praktiki məşqlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və digər ixtisaslar üzrə hazırlıq təlimləri keçirilir.

Ehtiyatda olan hərbi vəzifəlilər Hərbi Oyunlara çağırılıbEhtiyatda olan hərbi vəzifəlilər Hərbi Oyunlara çağırılıbEhtiyatda olan hərbi vəzifəlilər Hərbi Oyunlara çağırılıb
Ehtiyatda olan hərbi vəzifəlilər Hərbi Oyunlara çağırılıb










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX