info@veten-ugrunda.az
 
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Tarix: 20-09-2018 23:57   |  Müəllif: admin |  Baxılıb: 2664

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən təlimlərə rəhbərlik etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərdə iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif poliqonlar və təlim sahələrində keçirilən təlimin senarisinə uyğun olaraq qarşıya qoyulan məqsəd və vəzifələr barədə məruzələri dinləyib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, döyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb.

Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti qoşunların təmas xəttində yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb.Cəbhənin bu istiqamətindəki əməliyyat şəraiti barədə ətraflı məruzələri dinləyən Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.Genişmiqyaslı təlimlərin planına əsasən müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən Müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX