info@veten-ugrunda.az
 
Gəncə Qarnizonu Zabitlər Evinin Təşkilatçılığı ilə Hərbi Qulluqçuların Şəki şəhərinə səfəri təşkil olunub.
Tarix: 16-07-2017 21:44   |  Müəllif: admin |  Baxılıb: 1948

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçunun Şəki şəhərinə gəzintisi təşkil edilib.

Ekskursiya zamanı əsgərlər Yuxarı Karvansaray, Tacirlər küçəsi və Qala divarları memarlıq abidələrini gəzib, Rəşid Bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq muzeyi, Şəki Xalq Tətbiqi Sənəti muzeyi, Şəki Xan Sarayı ilə tanış olub, eləcə də Qədim Alban məbədi olan Dairəvi məbədə baxıblar.

Hərbi qulluqçular muzeylərdə toplanmış eksponatlarla tanış olub, Şəkinin qədim tarixi, zəngin mədəniyyəti, bölgənin adət-ənənələri barədə geniş məlumatlar əldə ediblər.
Ekskursiya zamanı Şəki Şəhər Dövlət tarix-memarlıq qoruğu tərəfindən hərarətlə qarşılanan əsgərlərimiz Ramazan bayramı münasibətilə təşkil olunmuş musiqili məclisdə iştirak edib, Qala divarları kompleksində yerləşən Sənətkarlar evində şəbəkə və əl ilə hazırlanan sənət əsərləri ilə də tanış olublar.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX