Hüseynov Qalib Müseyib oğlu
Tarix: 15-10-2015 18:35 | Müəllif:
vetenugrunda | Baxılıb: 1631

1964-cü ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra Azərbaycan Texnologiya İnstituna qəbul olunub. Təyinatla Rusiyada işləməyə göndərilib. 1989-cu ildə 2-ci ali təhsil almaq üçün Rusiyada Ali Polis məktəbinə daxil olub.1990-cı ildə ölkədəki vəziyyətlə əlaqədar olaraq Vətənə qayıdır. 1992-ci il Xocalı soyqırımı ona pis təsir edir və həmin ilin mart ayında könüllü hərbi xidmətə yollanır. Müxtəlif vəzifələrdə çalışıb, döyüşlərdə iştirak edib. Gədəbəy uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Başkəndin alınmasında bölük komandiri vəzifəsində iştirak edib. Ən ağır döyüş hesab edilən Hörükdaş yüksəkliyindəki döyüşlərdə yaxından iştrak edib.