Hüseynov Oruc Fərman oğlu
Tarix: 15-10-2015 18:33 | Müəllif:
vetenugrunda | Baxılıb: 1967

1965-ci il Ermənistanın Qırmızıkənd rayonunda anadan olub. 1975-ci ildə ailəsi ilə birlikdə Şəmkir rayonuna köçüb.1982-ci ildə hərbi xidmətə çağrılıb. 1985-ci ildə hərbi xidmətini bitirib. Bir müddət Leninqrad şəhərində yaşayıb. 1988-ci ildə Azərbaycanda vəziyyət ağırlaşdığı üçün Vətənə geri qayıdır. Şəmkir özünümüdafiə batolyonunda könüllü xidmət edib. Naxçıvan, Şıxbabalı, Şenli, Ağdərə, Əskərəran, Mutudərə, Başkəndin alınması döyüşlərində iştirak edən və Başkəndə bayraq sancan Hüseynov Oruc bir çox digər əməliyyatlarda da fəal iştirak edib. Pereval döyüşündə gözündən yara alaraq ordudan təxris olunur.