Əliyev İlham Sabir oğlu
Tarix: 15-10-2015 18:31 | Müəllif:
vetenugrunda | Baxılıb: 1980

1965-ci il Şəmkir rayonunun Sərxan kəndində anadan olub. Orta məktəbi Lənkəran şəhərində bitirir. 1982-ci ildə Bakı Ali Hərbi Ümumqoşun komandirlər məktəbinə daxil olur. 1986-cı ildə oranı bitirərək təyinatla Prikarpatskiy hərbi dairəsi 24-cü motoatıcı diviziyanın 310-cu motoatıcı alayına yollanır. 1986-1992-ci illərdə Ukraynada həmin alayda xidmət edir. Orada hərbin bir çox sirlərinə yiyələnir.
Xocalı soyqırımı hər bir azərbaycanlı kimi onada çox pis təsir edir və məzuniyyət götürərək Vətənə geri qayıdır. Şəmkir özünümüdafiə taborunda bölük komandiri vəzifəsində xidmətə başlayır. 2 ay sonra taborun qərargah rəisi vəzifəsinə təyin edilir. Bir müddətdən sonra Tabor komandiri təyin edilir. Mutudərə, Sarıyal, Şəmirli, Hörükdaş, Kəçəl Dağ, Başkəndin alınması, Zəyəm Aerodromunun alınması döyüşlərində və bir çox digər əməliyyatlarda fəal iştirak edib. Ailəlidir, 2 övladı var.