Əliyev Dilqəm Sabir oğlu
Tarix: 15-10-2015 18:17 | Müəllif:
vetenugrunda | Baxılıb: 2351

1963-cü il 6 noyabr Şəmkir rayonunun Sərxan kəndində anadan olub. 1980-ci ildə Lənkəran rayonunda 1 nömrəli orta məktəbi bitirib. 1982-ci ildə Bakı Ali Hərbi Ümumqoşun komandirlər məktəbinə daxil olub. 1986-cı ildə oranı bitirib təyinatla Prikarpatskiy hərbi dairəsi 24-cü motoatıcı diviziyanın 310-cu motoatıcı alayına yollanıb. 1986-1992-ci illərdə Ukraynada həmin alayda xidmət edib. Orada hərbin bir çox sirlərinə yiyələnib. 1990-cu il 20 yanvar hadisələrindən mənəvi sarsıntı keçirən Əliyev Dilqəm 1992-ci ildə Azərbaycanda vəziyyət daha da gərginləşəndə Vətənə geri qayıdır. “N” saylı alayın silahlanma üzrə komandiri vəzifəsində xidmətə başlayır. Mutudərə, Sarıyal, Şəmirli, Hörükdaş, Kəçəl Dağ, Başkəndin alınması, Zəyəm Aerodromunun alınması döyüşlərində və bir çox digər əməliyyatlarda fəal iştirak edib.