“Vətən Uğrunda səyyar təşviqat qrupu, N nömrəli hərbi hissənin hərbi qulluqçuları və Birinci Qarabağ müharibəsinin gedişində yaranmış “Babək 44” taborunun döyüşçüləri Tovuz döyüşləri zamanı şəhid olan əsgər Xəyyam Daşdəmirovun məzarını ziyarət edib, ailəsi ilə görüşüblər.
Görüş zamanı Qarabağ müharibəsi veteranları və Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid Xəyyam Daşdəmirovun məzarı önündə ailəsinə söz verdilər ki, güclü ordumuz bütün şəhidlərimizin intiqamı düşmənlərdən laiqincə alınacaq.
Tədbir iştirakçıları İsmayıllı rayonundakı şəhidlər xiyabanını da ziyarət edib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarını ziyarər ediblər.