info@veten-ugrunda.az
 
Qarabağ müharibəsi veteranının oğlunun toy günü qeyd edilib
Tarix: 24-11-2019 16:15   |  Müəllif: admin |  Baxılıb: 699

24 noyabr 2019-cu il tarixində “Vətən Uğrunda!” səyyar təşviqat qrupunun üzvləri Qarabağ mühaharibəsi iştirakçısı İlqar Məmmədovun oğlunun Azərbacan Ordusunun hərbi qulluqçusu İlkinin Məmmədovun toy gününü qeyd etdi.

Toy Şəmkir rayonunda keçirildi. Məclis Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı.

Məclisdə söz “Vətən Uğrunda!” səyyar təşviqat qrupunun üzvlərinə verildi. Veteran İlqar Məmmədova gözaydınlığı verib, bəy və gəlinə hədiyyə təqdim etdi.Daha sonra Qarabağ mühaharibəsinin iştirakçısı döyüş yoldaşı ehtiyyatda olan mayor Dilqəm Əliyev bəyi gəlini toy günləri münasibəti ilə ürəkdən təbrik etdi. Çıxışların sonunda vətənpərvər musiqi səsləndirildi qonaqlar rəqs etdilər.

Bəy atası uçun İlqar Məmmədov üçün ikiqat sevincli oldu. Torpaqlarımızın qorunub saxlanılmasında və düşmən tapdağından azad edilməsində göstərdiyi igidliklərə görə İlqar Məmmədov Azərbaycan vətən müharibəsi veteranları içtimai birliyinin xatirə medalı və ordunun 100 illik medalı ilə təltif olundu. Veteran İlqar Məmmədov və ömürgün yoldaşı Aidə xanım övladları İlkinin toy günündə keçirdikləri sevinc hislərini bizimlə bölüşdülər.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX