info@veten-ugrunda.az
 
ÖN XƏTTDƏ YERLƏŞƏN BÖLMƏLƏRDƏ TƏDBİRLƏR KEÇİRİLİB
Tarix: 29-11-2019 16:10   |  Müəllif: admin |  Baxılıb: 781

29.11.2019-cu il tarixində “Vətən Uğrunda!” səyyar təşviqat qrupun üzvləri Vətəni düşməndən qoruyan hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkil edilməsi, onların ruh yüksəkliyini, mənəvi-psixoloji durumunu daha da yüksəltmək məqsədilə ön xətt döyüş mövqelərində olublar.

Döyüş növbəsi aparan hərbi qulluqçulara hərbi vətənpərvərlik musiqi nömrələri, səhnəciklər, müxtəlif müsabiqələr və viktorinalar təqdim edilib.
Qaliblərə xatirə hədiyyələri təqdim edilib.Həmçinin keçirilən "Darts" yarışmasında iştirak edən əsgərlərə unudulmaz təəssürat bağışlayıb.

Qeyd olunub ki, belə tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir və hərbi qulluqçulara böyük ruh yüksəkliyi aşılayır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX