CƏMŞİD NAXÇIVANSKİ ADINA HƏRBİ LİSEYDƏ DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ QEYD EDİLİB
Tarix: 19-10-2019 01:31 | Müəllif:
admin | Baxılıb: 1221
Azərbaycan Respublikası Dövlət müstəqilliyinin elan edilməsinin 28 illiyi münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Lisey Azərbaycan Respublikasının xalq artisti Azərin konsert proqramı ilə çıxış edib.
Keçirilən tədbirdə Gəncə İdeoloji və Mədəniyyət Mərkəzi ilə birlikdə Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyevnən başda omaqla Qarabağ müharibəsinin veteranları və qaziləri də iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Konsert proqramın sonunda Heydər Əliyev adına olan muzeyini ziyarət ediblər , sonra «Vətən Uğrunda» səyyar təşviqat dəstəsi «Əsgərə məktub» layihəsini həyata keçirib.
Layihədə Qarabağ müharibəsi veteranları , qaziləri və kursantlar cəbhə bölgəsində döyüş mövqelərindən qulluq edən əsgərlərə məktub yazıblar.