info@veten-ugrunda.az
 
TƏMAS XƏTTİNDƏ YERLƏŞƏN N SAYLI HƏRBİ HİSSƏDƏ MƏDƏNİ-KÜTLƏVİ TƏDBİR KEÇİRİLİB
Tarix: 18-09-2019 00:36   |  Müəllif: admin |  Baxılıb: 923

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin “Vətən Uğrunda!” səyyar təşviqat qrupu üzvləri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gecə-gündüz döyüş növbəsində duran, Vətəni düşməndən qoruyan hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkil edilməsi, onların ruh yüksəkliyini, mənəvi-psixoloji durumunu daha da yüksəltmək məqsədilə ön xətt bölmələrində və döyüş mövqelərində olublar.

«Vətən Uğrunda!” səyyar təşviqat qrupunun üzvləri döyüş növbəsi aparan hərbi qulluqçulara hərbi vətənpərvərlik musiqi nömrələri, səhnəciklər, müxtəlif müsabiqələr və viktorinalar təqdim ediblər. Qaliblərə xatirə hədiyyələri təqdim edilib.Həmçinin keçirilən voleybol yarışmasında iştirak edən əsgərlərə və “Vətən Uğrunda!” səyyar təşviqat qrupu üzvlərinə unudulmaz təəssürat bağışlayıb.Döyüşçülərə “Əsgərə məktub” layihəsi haqqında ətraflı məlumat verilib, tələbələrin və məktəblilərin onlara yazdıqları məktubları çatdırıblar.

Məktublara cavablar yazmaqla yanaşı, görüş iştirakçıları video çəkiliş vasitəsi ilə də öz arzularını çatdırıblar.Qeyd olunub ki, belə tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir və hərbi qulluqçulara böyük ruh yüksəkliyi aşılayır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX