info@veten-ugrunda.az
 
 
"VƏTƏN UĞRUNDA!" SƏYYAR TƏŞVİQAT DƏSTƏSİ - ►Digər xəbərlər
23
янв
2019
DÜŞMƏNLƏ TƏMAS XƏTTİNDƏ YERLƏŞƏN BÖLMƏLƏRDƏ TƏDBİRLƏR KEÇİRİLİB
Hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli təşkili məqsədilə “Vətən Uğrunda" səyyar təşviqat dəstəsi tərəfindən düşmənlə təmas xəttində
20
янв
2019
ŞƏHİDLƏR VURULAN ZAMAN ÖLMÜR, UNUUDULAN ZAMAN ÖLÜR!
"Vətən Uğrunda" səyyar təşviqat dəstəsi 20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar cəbəhə xəttində yerləşən N nömrəli hərbi hissə və döyüş növbətçiliyi çəkən bölmələrdə olub
12
янв
2019
"GƏNCLƏR GÜNÜ"NƏ HƏSR OLUNMUŞ MUSİQİ MÜSABİQƏSİNİN 1-Cİ TURUNUN İLK KONSERTİ KEÇİRİLİB
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin təsdiq etdiyi plana əsasən Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə hərbi qulluqçular və mülki
"GƏNCLƏR GÜNÜ"NƏ HƏSR OLUNMUŞ MUSİQİ MÜSABİQƏSİNİN 1-Cİ TURUNUN İLK KONSERTİ KEÇİRİLİB
Tarix: 12-01-2019 00:02   |  Müəllif: admin |  Baxılıb: 1013

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin təsdiq etdiyi plana əsasən Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə hərbi qulluqçular və mülki gənclər arasında “Gənclər günü” nə həsr edilmiş musiqi müsabiqəsi keçirlir.

Tədbirin keçirilməsinin məqsədi: milli mədəniyyətin və incəsənətin təbliği, hərb ənənələrinin və hərbi xidmətin təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və yaradıcılıq bacarıqlarının inkişafı, eləcə də hərbi kollektivlərin möhkəmlədirilməsi, hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin yaradılması və hərbi qulluqçuların asudə vaxtlarının mədəni keçirilməsinin təşkili, hərbi ənənələrin təbliği ilə yanaşı gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ordu ilə cəmiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsidir.Səmkirdə yerləşən N nömrəli hərbi hissənin Əsgər klubunda Qərb bölgəsinin müsabiqənin 1 - ci turunun ilk konserti təşkil olunub. Müsabiqəyə Qazax və Gədəbəy rayonlarından gənclər, eləcə də hərbi qulluqçular qatılıb.

Hərbi qulluqçular və gənclər müsabiqə şərtlərinə uyğun olaraq vokal, rəqs, musiqi alətləri və bədii qiraət üzrə çıxış ediblər. Münsiflər heyəti tərəfindən əsasən musiqi alətlərində fərqli ifaya, səhnə davranışına üstünlük verilib. Maksimal bal toplayanlar növbəti mərhələyə vəsiqə qazanıb. Müsabiqədə 154 nəfər iştirak edib. Onlardan 78 nəfəri müsabiqənin digər turuna keçib.

Müsabiqədə iştirak edən gənclər və hərbi qulluqçular birgə nahar ediblər.Əsl musiqi bayramına çevrilən müsabiqə hərbi qulluqçuları və istedadlı gənc musiqiçiləri öz ətrafında toplayaraq, onların peşəkar yüksəlişinə, təcrübə mübadiləsinə zəmin yaradır.. Belə nüfuzlu müsabiqədə iştirak iştirakçıların yaddaşında dərin iz buraxır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX