info@veten-ugrunda.az
 
31 – “Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə tədbir keçirilib
Tarix: 30-12-2018 10:47   |  Müəllif: admin |  Baxılıb: 1062

"Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi 31 – “Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə düşmənlə təmas xəttində yerləşən bir neçə döyüş növbətçiliyi çəkən bölmələrində hərbi qulluqçuları ziyarət edib.

Tədbirə qatılan Şaxta baba və Qarqız əsgərləri qarşıdan gələn bayramlarını təbrik edib. “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi bayram hədiyyəsi olaraq səsyayma avtomobilinin fotolabaratoriyasında çap edilən şəkilləri xatirə olaraq əsgərlərə verilib.Şaxta baba və Qarqız əsgərlərin bayram əhval ruhiyyəsini daha da yüksəltmək üçün maraqlı oyun və yarışmalar keçirib.

Yarışmalarda fərqlənən əsgərlərə Şaxta baba və Qarqız hədiyyələr təqdim edib. Bayram sevincini yaşayan əsgərlər hərbi vətənpərvərlik ruhunda mahnılar ifa edib, rəngarəng rəqs nömrələri ilə tədbiri daha da yaddaqalan ediblər.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX