info@veten-ugrunda.az
 
ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ HƏRBİ QULLUQÇULAR TƏRƏFİNDƏN YAD EDİLİB
Tarix: 04-12-2018 23:52   |  Müəllif: admin |  Baxılıb: 1149

“Vətən Uğrunda” səyyar təşiqat dəstəsi ulu öndər Heydər Əliyevin anım gününə həsr edilən tədbir keçirib. N nömrəli hərbi hissədə keçirilən tədbirdə ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında çoxsaylı xidmətləri sırasında müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması, möhkəmləndirilməsi, döyüş hazırlığının yüksəldilməsi mühüm əhəmiyyət daşıdığı vurğulanıb. “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin keçirdiyi tədbirdə Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Əsgərlər arasında dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əhatə edən viktarina keçirilib. “Əsgər məktubu” layihəsi çərçivəsində əsgərlər ailə üzvlərinə məktublar yazıblar. Məktəblilər tərəfindən yazılan “Əsgərə məktub” ları “Vətən Uğrunda” səyyar təşviqat dəstəsi Azərbaycan əsgərinə çatdırıb.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX