Hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli təşkili məqsədilə “Vətən Uğrunda" səyyar təşviqat dəstəsi tərəfindən düşmənlə təmas xəttində
"Vətən Uğrunda" səyyar təşviqat dəstəsi 20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar cəbəhə xəttində yerləşən N nömrəli hərbi hissə və döyüş növbətçiliyi çəkən bölmələrdə olub
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin təsdiq etdiyi plana əsasən Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə hərbi qulluqçular və mülki
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” Səyyar Təbliğat dəstəsi cəbhə bölgələrində yerləşən hərbi hissələrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü münasibəti ilə silsilə tədbirlər keçirib.
Tədbir ulu öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Hərbi qulluqçular dahi şəxsiyyətin xatirəsini anaraq ehtiramlarını bildiriblər.
Tədbir zamanı görkəmli siyasi xadim və əbədiyaşar komandan Heydər Əliyevin həyat və fəaliyyətindən söz açaraq bildirilib ki, qəhrəmanlığına, sərkərdəlik məharətinə və hərbi bacarığına görə bir çox görkəmli şəxslərin adları Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunub. Müstəsna xidmətlərinə görə xalqımızın yaddaşında əbədi yer tutan şəxsiyyətlərdən biri də ümummilli lider Heydər Əliyevdir.
Məruzəçi qeyd edib ki, hələ keçmiş Sovet dövründə də Azərbaycana rəhbərlik etmiş dahi şəxsiyyət ordu quruculuğu və milli hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirib.
Sonda Hərbi hissələrdə və bölmələrdə müdrik sərkərdənin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.