info@veten-ugrunda.az
 
Hərbi vətənpərvərlik həftəsinin növbəti tədbiri Horadizdə təşkil olunub.
Tarix: 10-11-2016 14:48   |  Müəllif: admin |  Baxılıb: 2375

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində "Bayrağım-varlığım, bəxtiyarlığım" devizi ilə keçirilən hərbi vətənpərvərlik həftəsi davam edir.

Növbəti tədbir Horadiz şəhərindəki Dövlət Bayrağı Meydanında təşkil olunub. Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib, Azərbaycanın Dövlət himni oxunub.

Layihənin müəllifi, polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək, Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının, müstəqilliyinin rəmzi olan bayrağımızın tarixi haqqında məlumat verib, hərbi vətənpərvərlik həftəsinin həm Silahlı Qüvvələrin şəxsi heyətinin, həm də hər bir vətəndaşın Dövlət bayrağına sədaqət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxışında bildirib ki, Azərbaycan ordusunun 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad edilib. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində nail olub.

Füzulililərin hər zaman Azərbaycan əsgəri ilə bir yerdə olduğunu deyən Alı Alıyev bildirib ki, aprel döyüşləri zamanı rayon sakinləri öz evlərini tərk etmədilər, ordumuza dəstək oldular. Füzulililər işğal altındakı torpaqlarımızın azadlığı uğrunda Ali Baş Komandanın əmri ilə müqəddəs savaşa hazırdırlar.

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı dəfələrlə cəbhə bölgəsində olduğunu, işğaldan azad edilən Lələtəpə yüksəkliyinə getdiyini deyərək, Azərbaycan Ordusunun tezliklə işğal altındakı torpaqlarımızı azad edəcəyinə inamını ifadə edib.

General-mayor Mais Bərxudarov bildirib ki, Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayanıb və Ali Baş Komandanın əmri ilə qısa zamanda işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır.

Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə hər iki övladı Prezident İlham Əliyevin Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif olunmuş şəhid atası Əşrəf Qəhrəmanov bildirib ki, bugünkü bayram tədbirinə oğlunun məzarı üzərindəki bayraqla gəlib.

Açıq səma altında Azərbaycan bayraqları sərgisi tədbir iştirakçılarının marağına səbəb olub. Sərgidə Atabəylər, Səfəvilər, Hülakilər, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Avşarlar, Gəncə, Bakı, İrəvan, Qarabağ, Şəki və digər xanlıqların bayraqları, həmçinin Böyük Vətən müharibəsində 77, 223, 402, 416-cı milli atıcı diviziyalarının və 1945-cilin mayında reyxstaqda dalğalanan qələbə bayrağı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi döyüş bayraqları nümayiş etdirilib.

Tədbirdə Xalq artisti Azərin xanım başda olmaqla, Gəncə Qarnizonu Zabitlər Evinin mahnı ansamblı, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı, eləcə də Gəncə Qarnizonunun hərbi orkestrinin ifasında səsləndirilən hərbi vətənpərvərlik mövzusunda mahnılar, rəqslər və marşlar tamaşaçılarda yüksək əhval-ruhiyyə yaradıb, qələbəyə inam hissini daha da artırıb.

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX