info@veten-ugrunda.az
 
EHTİYATA BURAXILAN HƏRBİ QULLUQÇULAR ÖZ SEVİMLİ HƏRBİ HİSSƏLƏRİNDƏN AYRILIBLAR
Tarix: 07-10-2016 13:07   |  Müəllif: admin |  Baxılıb: 2054

Şəmkir rayonundakı “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar təntənəli mərasim keçirilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilərək qarşısına gül dəstələri düzülüb. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.

General-mayor Xəqani Cəbrayılov tədbir iştirakçılarını salamlayıb və müddətli həqiqi hərbi xidmətini şərəflə başa vuran igid oğullara təşəkkür və minnətdarlığını bildirib. General qeyd edib ki, artıq bir neçə gündür Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan vətəndaşlarının müddətli həqiqi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması prosesi uğurla davam etdirilir. Fərəhli haldır ki, ehtiyata buraxılan əsgərlərin sıralarında Silahlı Qüvvələrimizin salnaməsinə dördgünlük savaş kimi düşmüş aprel döyüşlərinin də iştirakçıları var. Onlar öz doğmalarının görüşünə qalib kimi qayıdırlar və bu hər kəsə qismət olmayan bir xoşbəxtlikdir.

General-mayor X.S.Cəbrayılov ulu öndər Heydər Əliyevin “Hər bir gənc ailəsindən, ata-anasının tutduğu vəzifədən, yaxud da maddi vəziyyətindən asılı olmayaraq Azərbaycan milli ordusunda xidmət etməlidir. Milli ordumuzda xidmət etmək hər bir Azərbaycan vətəndaşının şərəfli borcu olmalıdır”, - sözlərini xatırladaraq bu gün təntənə ilə yola salınan Vətən oğullarının öz şərəfli borclarını layiqincə yerinə yetirdiklərinə görə məhz böyük hörmətə layiq olduqlarını qeyd edib.

Xidmətini şərəflə başa vuran hərbi qulluqçulara Vətənə nümunəvi xidmət etdiklərinə, onların valideynlərinə isə vətənpərvər, layiqli əsgər yetirdiklərinə görə bir daha təşəkkür edən hərbi hissə komandiri böyük əminliklə bildirib ki, ehtiyata buraxılan döyüşçülərin davamçıları olacaq gənc əsgərlər xidmət keçmiş hərbi qulluqçuların ənənələrini davam etdirərək Silahlı Qüvvələrimizin salnaməsinə yeni-yeni parlaq səhifələr yazacaq və Vətənin qalib əsgəri kimi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılacaqlar.

Polkovnik Abdulla Qurbani vaxtilə bu hərbi hissədə xidmət etdiyi vaxtları xatırlayıb. Bu, o vaxtlar idi ki, xidmət üçün heç bir şərait yox, ərzaq, geyim təminatı son dərəcə aşağı səviyyədə, döyüşçülərin peşəkarlığı zəif, arxa cəbhədə isə qarşıdurmalar, dövlət çevrilişi cəhdləri xalqı və ölkəmizin müqəddəratını təhlükədə qoymuşdu. Lakin bu gün respublikamızda əmin-amanlıq, sabitlik hökm sürür, ordumuz daha da qüdrətlənir və bu hərbi hissədə də ən müassir xidmət şəraiti yaradılıb, maddi-texniki təminat, silahlanma, şəxsi heyətin isə döyüş ruhu, mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir.

Polkovnik böyük iftixarla bildirib ki, artıq bir mərkəzdən idarə olunan, vahid komandanlığa tabe, Ali Baş Komandanın əmrlərinə hər an hazır olan mütəşəkkil ordumuz vardır və o, qarşıya qoyulmuş istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir.

O da tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, əgər bir vaxtlar yoldan-izdən tutulmuş təsadüfü adamlar orduya zorla gətirilirdilərsə, bu gün gənclər böyük həvəslə əsgərliyə gəlir və onlardan çoxu ehtiyata buraxıldıqdan sonra belə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətlərini davam etdirir, gənclər hərbi peşələrə həvəslə yiyələnirlər.

Şəmkir rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək Murov, Daşkəsən, Gədəbəy dağlarında, Qazax və Tovuzun müdafiəsində mətin dayanaraq düşmənin silahlı təxribatlarının qarşısını mərdliklə alan Vətən oğullarına bütün şəmkirlilər adından xidmətlərini uğurla başa vurduqlarına görə minnətdarlıqlarını bildirib.

Döyüş növbəsinin rəmzi təhvil və qəbulu mərasimi tədbir iştirakçılarının alqışları və vətənpərvərlik mahnılarının sədaları altında icra olunub.

Gəncə Dövlət Dram Teatrının aparıcı aktyoru, respublikanın Xalq artisti Alim Məmmədov Nizami Gəncəvinin, Səməd Vurğunun ölməz misraları ilə ehtiyata buraxılan oğullara uğurlar arzulayıb.

Bütün tədbir iştirakçıları Xalq artistinə qoşularaq S.Vurğunun "Azərbaycan" şeirini birlikdə söyləyiblər.

Vətən qarşısında öz övladlıq borclarını şərəflə yerinə yetirən əsgərlərimizə Silahlı Qüvvələrimizdə nümunəvi xidmətlərinə görə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub, ailələrinə isə təşəkkür məktubları ünvanlanıb.

Onlar “Vətən” marşının sədaları altında, alqışlarla, gül çiçəklə "Vətən çağırarsa, biz yenidən döyüş səngərlərimizə qayıdacaq, yenə də Vətənin sadiq əsgərləri olacağıq!" nidaları altında öz sevimli hərbi hissələrindən doğma ocaqlarına yola düşüblər.

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX