info@veten-ugrunda.az
 
XOCALILAR DA EHTİYATA BURAXILAN VƏTƏN ƏSGƏRLƏRİNİ BÖYÜK ARZULARLA YOLA SALIBLAR
Tarix: 05-10-2016 18:52   |  Müəllif: admin |  Baxılıb: 2345

Goranboy rayonunun Ağcakənd qəsəbəsində bir qrup müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun ehtiyata buraxılmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə bu qəsəbədə məskunlaşmış Xocalı rayonu ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri və məktəbli gənclər iştirak ediblər.
Əvvəlcə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ehtiyata buraxılan hərbi qulluqçulara təbrik-müraciəti oxunub.

Birlik komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Valeh Rəcəbov komandanlıq adından mərasim iştirakçılarını salamlayaraq, Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirən aprel döyüşlərinin iştirakçılarına uğurlar arzulayıb.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani builki buraxılış mərasiminin əlamətdar bir gündə - dövlət müstəqilliyimizin 25 illik yubileyi ərəfəsində keçirildiyini xüsusi ilə qeyd edib və Azərbaycan Respubllikasının milli təhlükəsizliyinin təminatçısı olan Silahlı Qüvvələrimizin hər bir döyüşçüsünə Vətən naminə xidmətlərində daha böyük nailiyyətlər qazanmağı diləyib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xocalı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Bəxtiyar Məmmədov, “Azərbaycan Bayrağı” ordenli, Əməkdar həkim Məmməd Nağıyev, Mədəniyyət və Turizm şöbəsinin müdiri Göyüş Həsənov, rayon prokruroru, baş ədliyyə müşaviri Şıxəli Alməmmədov, Müdafiə Nazirliyinin zabiti polkovnik Nazim Əhmədov, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik-leytenant Elnur Həsənov və başqaları ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına ən səmimi arzularını bildirərək mülki həyatda da onlara Vətənə sədaqətlə xidmət edəcəklərinə əminliklərini bildiriblər.

Üç qardaşı və atası Xocalıda şəhid olmuş Xumar xanım Səlimovanın çıxışı tədbir iştirakçılarına kövrək anlar yaşadıb.

“Qardaşlarım Araz, Fəxrəddin, Mikayıl və atam Bahadur erməni qaniçənləri ilə qeyri-bərabər döyüşlərdə şəhid olublar. Qardaşım Araz Səlimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Sinəmizə Xocalı boyda böyük bir dağ çəkilib. Çətin ki, biz bu dağları unudaq. Ancaq aprel döyüşlərində Azərbaycan əsgəri elə bir şücaət göstərdi ki, qismən olsa da dərdimizi, kədərimizi unutduq. Biz xocalılar da inanırıq ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında, milli ordumuzun güc və qüdrəti ilə işğal altında olan digər əzəli torpaqlarımızı da düşmən tapdağından azad edəcəyik. Bax, o vaxt Xocalımızın da yaraları sağalacaq. Mən bu gün ağlayaraq, sızlayaraq, göz yaşları axıdaraq danışmaq istəmirəm. Çünki üç qardaş və ata, neçə-neçə qohum-əqraba, Xocalı kimi bir cənnətməkan yurd itirsəm də, bu gün başımı uca tutaraq fəxrlə sizin qarşınızda dayanmışam. Mənim bu gün Silahlı Qüvvələrimizdə düşməndən intiqam alacaq yüzlərlə, minlərlə sizin kimi igid qardaşım var və onlar inanıram ki, aprel döyüşlərində olduğu kimi, tezliklə böyük qələbənin də sevincini xalqımıza yaşadacaqlar”, - deyən Xumar xanım Azərbaycan Prezidentinə inandığını, Vətən əsgərlərinə güvəndiyini bir daha vurğulayıb.
Cəbhə bölgəsində döyüş növbəsinin təhvili rəmzi olaraq ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Röyal Əhmədov (Neftçala rayonu) aprel döyüşlərinin qəhrəmanlarına həsr olunmuş “Bayraqtəpə qartalları” vətənpərvərlik mahnısının sədaları altında öz silahını, dəmir dəbilqə və zirehli gödəkçəsini gənc əsgər Kazım Səlimzadəyə (Sabirabad rayonu) təhvil verib.

Ehtiyata buraxılan aprel döyüşlərinin iştirakçılarına alqışlar altında hərbi bilet, nümunəvi xidmətlərinə görə fəxri fərman, valideynlərinə ünvanlanan təşəkkür məktubları təqdim edilib.

Xocalı şəhər 4 saylı tam orta məktəbinin şagirdləri – gələcəyin əsgərləri olacaq məktəbli gənclər ehtiyata buraxılan döyüşçüləri gül-çiçək və alqışlarla yola salıblar.
Şəhid bacısı Xumar xanım Xocalıya tezliklə qayıdacaqları günə böyük ümidlər bəsləyərək onların arxasınca həsrətlə baxaraq sevincindən, fərəhindən göz yaşları axıdıb, ehtiyata buraxılan igid oğullar isə Vətən çağırarsa, yenidən döyüş meydanlarına qayıdacaqları əzmi ilə doğma yurd-yuvalarına yola düşüblər.

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX