info@veten-ugrunda.az
 
GƏNCƏ QARNİZONU ZABİTLƏR EVİNİN KOLLEKTİVİ TƏRƏFİNDƏN KONSERT TƏŞKİL EDİLİB
Tarix: 09-05-2016 10:53   |  Müəllif: admin |  Baxılıb: 2117

Müdafiə nazirinin tapşırığına əsasən qoşunların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi birlik və birləşmələrdə keçirilən təlimlərə cəlb edilən N saylı hərbi hissənın şəxsi heyəti üçün Gəncə Qarnizonu Zabitlər evinin kollektivi tərəfindən konsert təşkil edilib.

Konsertdə Gəncə Qarnizonu Zabitlər evinin mahnı ansamblının solisti Roza Zərgərli vətənpərvərlik mahnıları ilə əsgərlərimizə ruh yüksəkliyi yaşadıb.
Zabitlər evinin rəqs ansamblının üzvləri də öz növbələrində çıxış edərək, əsgərlərlə rəqs ediblər.

Daha sonra Elməddin Həsənli gitarada istər vətənpərvər, istərsə də şən mahnıları ilə əsgər və zabit heyətinin könlünü oxşayıb. Əsgər Babək Canımov da Elməddin Həsənli ilə birlikdə öz əsgər yoldaşları üçün duet mahnılar ifa edib. Çavuş Tofiq Həmidovun segahı ilə tədbir daha da maraqlı olub.

Gəncə Qarnizonu Zabitlər evinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyin üzvü və Prezident təqaüdçüsü Samirə Səma vətənpərvər şerləri ilə əsgərlərə xoş anlar bəxş edib. Roza Zərgərli şən şux mahnıları ilə əsgərlərlə rəqs edərək yüksək əhval ruhiyyə ilə tədbiri başa vurub.

Sonda hərbi hissənin rəhbərliyi şəxsi heyət adından Gəncə Qarnizonu Zabitlər evinin kollektivinə təşəkkürünü bildirib. Hazırda əsgər və zabit heyətinin Xalqın onların arxasında dayandığını hiss etməyə ehtiyacı olduğunun vacibliyini qeyd edib.

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX