info@veten-ugrunda.az
 
Şəhid Rəşad Mahmudov
Tarix: 22-08-2020 21:09   |  Müəllif: admin |  Baxılıb: 4046



Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Rəşad Mahmudov Biləsuvarda dəfn edilib.

İyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan baş leytenant Rəşad Rəşid oğlu Mahmudovun nəşi doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndinə gətirilib.

Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Rəşad Məmmədov kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan Bayrağı dayısı Bayram Hüseynova təhvil verilib.

Qeyd edək ki, Rəşad Mahmudov 2 iyul 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2007-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2010-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə təhsilini bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb və Milli Orduda xidmətə başlayıb. İlk illərində Ağstafa, sonra isə Tovuz rayonları istiqamətindəki təmas xəttində xidmət edib. Evin tək oğlu idi, qardaşı yeniyetmə yaşlarında dünyasını dəyişib. Anasının himayəsində böyümüşdü. Subay idi. Allah rəhmət eləsin!










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX