info@veten-ugrunda.az
 
PREZİDENT İLHAM ƏLİYEV MİLLİ QƏHRƏMAN ÇİNGİZ QURBANOVUN AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB
Tarix: 10-02-2017 16:09   |  Müəllif: admin |  Baxılıb: 2519

PREZİDENT İLHAM ƏLİYEV MİLLİ QƏHRƏMAN ÇİNGİZ QURBANOVUN AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBDekabrın 29-da əsgər Çingiz Qurbanovun doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olduğunu bildirən prezident İlham Əliyev qeyd edib ki, Çingiz böyük qəhrəmanlıq, igidlik göstərib: "Çingiz düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır".

Prezident İlham Əliyev bildirib ki, bütün Azərbaycan Çingizlə fəxr edir: "Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir".

"Mənfur düşmən bu dəfə də öz qeyri-insani mahiyyətini bütün dünyaya göstərdi" deyən İlham Əliyev qeyd edib ki, erməni tərəfi bir aydan çox idi Çingizin nəşini qaytarmaq istəmirdi: "Azərbaycan dövləti çox böyük səylər göstərdi. Eyni zamanda bizim beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmadı. Biz birgə səylərlə Çingizin nəşinin Vətənə qaytarılmasına nail olduq. Bakıda təntənəli vida mərasimi keçirildi. Bundan sonra Çingiz doğulduğu Qusar rayonuna aparıldı və orada təntənəli mərasimlə torpağa tapşırıldı".

Prezident dekabr ayındakı növbəti təxribatın məqsədinin aydın olduğunu, ancaq bu təxribat nəticəsində düşmənin peşman olduqlarını diqqətə çatdırıb: "Azərbaycan Ordusu onlara elə zərbə vurdu ki, bu günə qədər də özlərinə gələ bilmirlər. Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi, generallar poqonlarını, vəzifələrini itirdilər. Ermənistan cəmiyyətində panika, təşviş hökm sürürdü və bu, bu gün də davam edir".

İlham Əliyev bildirib ki, Ermənistanın aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirməyə çalışıb: "Çox çalışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, - Ermənistan təşkilatın üzvüdür, - bu məsələ ilə bağlı öz mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Biz öz torpağımızdayıq. Bizim Ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik. Ona görə aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər".

Prezident Milli Qəhrəmanın ailəsinə gözəl övlad böyütdüklərinə görə minnətdarlığını bildirib: "Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır. O, hərbçi üçün ən yüksək mükafatla təltif olunub, ona Milli Qəhrəman adı verilib. O, bizim qəhrəmanımızdır. Onun adı əbədiləşdiriləcək və o, həmişə bizim ürəyimizdə yaşayacaq".
Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanı” qızıl ulduzunu şəhidin atası Salman Qurbanova təqdim edib.

Salman Qurbanov övladına verilən yüksək qiymətə görə dövlət başçısına təşəkkürünü bildirib: "Bu ali mükafat təkcə Çingizə deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə Sizin tərəfinizdən verilən qiymətdir. Sizə dərin minnətdarlığımı bildirirəm, cənab Prezident. Mən bir şəhid atası kimi Sizi əmin edirəm ki, Sizin əmrinizlə bu saat da silah götürməyə, Vətənimizin torpağını azad etməyə hazıram".











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX